Səhiyyə
Qeyri-etik görüntüləri yayılan "həkim" DANIŞDI: "Avropa ölkəsində..." - VİDEO
Bakıda liposaksiya prosesinin qeyri-etik görüntüləri ilə gündəmə gələn Gülbadə Abdullayeva açıqlama verib.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, G.Abdullayeva yayılan videogörüntülərin həmkarları ilə zarafat məqsədilə çəkildiyini bildirib:
"Uğurlu əməliyyatımın nəticəsində oynayıb-gülmüşük. Öz həmkarlarımız arasında çəkilmiş videodur. Heç bir antisanitar vəziyyət olmayıb, həmin pasiyentin sağlamlığı ilə bağlı da problem yaranmayıb".
Onun sözlərinə görə, videonu özü paylaşmayıb və məsələ ilə bağlı şikayətçidir:
"Məni cəmiyyətin gözündən salmaq üçün saç ustası kimi təqdim etdilər, bunlar yalandır. Ali təhsilimi Avropa ölkəsində almışam, lakin Azərbaycanda təsdiq olunmayıb. "UĞUR Estetik Mərkəzi 777"də çalışdığım zaman lisenziya yox idi, buna görə də fəaliyyətimi dayandırdım".
Abdullayeva həmçinin 11 ildir estetik cərrah kimi çalışdığını, son 4 ildə isə adıçəkilən mərkəzdə fəaliyyət göstərdiyini deyib. Onun iddiasına görə, sosial şəbəkələrdə yayılan görüntülər 5 ay əvvəl çəkilib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, Gülbadə Əliqismət qızı Abdullayevanın adı nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Aparılan araşdırma nəticəsində məlum olub ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus "UĞUR Estetik Mərkəzi 777" lisenziya olmadan fəaliyyət göstərir. Nazirlik məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, sözügedən görüntülər avqustun 19-da yayılıb.
Ətraflı süjetdə:
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı


































