Səhiyyə
DƏHŞƏTLİ XƏSTƏLİK - Qadın insanların əvəzinə əjdahaları görür
Niderlandda yaşayan bir qadın onilliklər boyunca insan üzlərini əjdaha sifətləri kimi görməsinə səbəb olan nadir nevroloji pozğunluqdan əziyyət çəkir.
Publika.az xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.
52 yaşlı pasiyent uşaqlıqdan bəri halüsinasiyalarla qarşılaşıb - insanların adi üzləri onun üçün qara rəngli, iti qulaqlı, parlaq gözlü və qorxunc cizgilərə malik sürünən başlarına çevrilirmiş.
Bu vəziyyət onun sosial həyatını və normal ünsiyyət qurmaq imkanını ciddi şəkildə pozub.
Beynin kompleks müayinəsindən sonra həkimlər lentikulyar nüvə yaxınlığında zədələnmələr və üz tanıma ilə rəng qavrayışına cavabdeh sahələrdə anormal aktivlik aşkarlayıblar.
Qadına çox nadir bir nevroloji pozğunluq — prozopometamorfopsiya diaqnozu qoyulub. Bu, üzlərin təhrif olunmuş şəkildə qavranılması ilə xarakterizə olunur. Üç illik dərman müalicəsindən sonra qadın halüsinasiyaların demək olar ki, tamamilə yoxa çıxdığını bildirib ki, bu da xəstəliyin müalicəsində mühüm irəliləyiş sayılır.
Bu hadisə tibbi ictimaiyyətin beynin mürəkkəb pozğunluqlarına olan diqqətini artırıb.
Hüseyn İbadlı
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı


































