Səhiyyə
Vəbaya qarşı immunitet testi yaradıldı
Rusiyada vəbaya qarşı immuniteti müəyyən edən test sistemi qeydiyyata alınıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Şərq İqtisadi Forumu çərçivəsində Rospotrebnadzorun rəhbəri Anna Popova məlumat verib.
"Bu, ya xəstəlikdən sonra, ya da peyvənddən sonra formalaşan vəbaya qarşı immuniteti müəyyən edən bir sistemdir", - o deyib.
Popovanın sözlərinə görə, yeni sistem A, M və G immunoqlobulinlərini təyin etməyə, yəni insanın nə qədər əvvəl yoluxduğunu və nə qədər əvvəl vəba xəstəliyinə tutulduğunu müəyyən etməyə imkan verir ki, bu da epidemioloji təhlilin dərinləşməsinə kömək edir.
Avqust ayında Rospotrebnadzorun rəhbəri Anna Popova 2025-ci ildə Rusiya Federasiyasında dörd vəba hadisəsinin qeydə alındığını söyləyib.
Hüseyn İbadlı
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO

































