Səhiyyə
Xərçəng peyvəndi effektlidir?
"Xərçəng xəstəliyi əleyhinə vaksinlər mövzusu mütəmadi olaraq medianın gündəminə gəlir və bu istiqamətdə olan yeniliklər böyük maraq doğurur. Ancaq bir şeyi anlamaq lazımdır ki, söhbət iki fərqli yanaşmadan - profilaktik və müalicəvi peyvəndlərdən gedir".
Publika.az xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru və xərçəng əleyhinə dərmanlarla müalicə üzrə məşhur ekspert Yevgeni Ledin "Gazeta"ya müsahibəsində bildirib.
O qeyd edib ki, profilaktik peyvəndlər artıq reallığa çevrilib. İnsanda olan papillomavirusa qarşı peyvəndin uşaqlıq boynu xərçəngi və bir sıra digər şişlərin sayının azaldılmasında effektivliyi sübut edilib. Hepatit B-yə qarşı peyvəndlər isə təkcə infeksiyanın özündən deyil, həm də qaraciyər şişlərindən qoruyur. Bu üsullar tibbi praktikada möhkəm şəkildə özünü sübut edib və dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada istifadə olunur.
"İmmunitet sistemini mövcud olan şişə müəyyən mənada hücum etmək üçün stimullaşdırmağa hesablanmış və hazırlanmış terapevtik peyvəndlərə gəldikdə burada vəziyyət tamamilə fərqlidir. Mətbuatda alovlu şəkildə yayılan xəbərlərə baxmayaraq, bu peyvəndlərin heç biri hələ nə Rusiyada, nə də xaricdə standart müalicəyə çevrilməyib. Problem ondadır ki, şişlər immunitet sistemindən “gizlənmək”də mahir olan bədənin özünün dəyişikliyə uğramş hüceyrələridir. Bundan əlavə, xərçəng tək bir xəstəlik deyil, yüzlərlə fərqli xəstəlikdir və burada universal müalicə ola bilməz",- onkoloq bildirib.
Qeyd edək ki, son bir ildə Rusiyanın xərçəng əleyhinə vaksinlər hazırlaması barədə məlumatlar yayılır.
Tural
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO

































