Səhiyyə
Ağız mikrobları bu orqanda xərçəng yarada bilər
ABŞ-da yerləşən (Nyu-York) “NYU Langone Health” və Perlmutter Xərçəng Mərkəzinin alimləri müəyyən ediblər ki, ağızdakı bəzi bakteriya və göbələklər mədəaltı vəzi (pankreas) xərçənginə tutulma riskini 3,5 dəfə artırır.
Publika.az “MeficalXpress” portalına istinadla xəbər verir ki, “JAMA Oncology” jurnalında dərc edilən araşdırma zamanı 122 min sağlam insanın tüpürcək nümunələri analiz edilib və ağız mikrobiomunun (bakteriya və göbələklərin birgə icması) xərçənglə bağlı rol oynaya biləcəyi aşkarlanıb.
Nəticələr göstərib ki, 24 növ bakteriya və göbələk fərdi şəkildə pankreas xərçəngi riskini artırır və ya azaldır. İlk dəfə olaraq ağızda yaşayan Candida göbələyinin də bu xərçənglə əlaqəsi müəyyən olunub. Ağızdakı mikrobların ümumi təsiri xəstəliyə tutulma riskini üç dəfədən çox artırır. Mütəxəssislər bildirirlər ki, ağızdakı mikrobiomanın analizi gələcəkdə kimlərin daha çox risk altında olduğunu müəyyənləşdirməyə kömək edə bilər. Hazırda pankreas xərçəngi üçün effektiv skrininq üsulları çox məhduddur. Tədqiqatçılar əlavə edirlər ki, dişlərin müntəzəm fırçalanması və diş ipindən istifadə təkcə diş əti xəstəliklərinin deyil, həm də bəzi xərçənglərin qarşısının alınmasında rol oynaya bilər.
Elm adamları növbəti mərhələdə ağızdakı virusların və mikrobiomanın xəstələrin sağqalma şansına təsirini öyrənməyi planlaşdırır.
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal22 Oktyabr 20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi


































