Səhiyyə
Payızda yayılan virus: Əvvəlcə bronxitə, sonra isə pnevmoniyaya səbəb olur
Payız mövsümündə qrip halları artır. Mütəxəssislər xəbərdarlıq edir ki, qrip immuniteti zəif insanlarda əvvəlcə bronxitə, daha sonra isə pnevmoniyaya yol aça bilər.
Publika.az xəbər verir ki, pulmonoloq Tibel Tuna bildirib ki, pnevmoniya xüsusilə yaşlılarda, xroniki ürək və ağciyər xəstəlikləri olanlarda həyati təhlükə yaradır:
“Pnevmoniyadan qorunmağın ən təsirli yolu peyvənddir. Xüsusilə 65 yaşdan yuxarı şəxslərə, KOAH, astma, ürək çatışmazlığı və diabet xəstələrinə, həmçinin immuniteti zəif olanlara pnevmokok peyvəndi tövsiyə olunur. Qrip və pnevmokok peyvəndlərinin birlikdə tətbiqi riskli qruplarda güclü qorunma təmin edir”.
Həkim əlavə edib ki, pnevmoniya peyvəndi qripi müalicə etmir, lakin uzunmüddətli qorunma yaradır. Qrip peyvəndi isə hər il vurulmalıdır, çünki virus davamlı mutasiyaya uğrayır. Sağlam insanlar da peyvənd olunmalıdır, çünki qrip ciddi fəsadlara səbəb ola bilər.
Mütəxəssislər, həmçinin gündəlik profilaktik tədbirlərə əməl etməyin vacibliyini vurğulayıblar: əllərin tez-tez yuyulması, xəstə şəxslərlə təmasdan uzaq durmaq və qapalı məkanların mütəmadi havalandırılması tövsiyə olunur.
Roza
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal22 Oktyabr 20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi


































