Səhiyyə
Qadınların kişilərdən daha uzun yaşamasının SİRRİ AÇILDI
Alimlər uzun müddətdir ki, qadınların orta hesabla kişilərdən daha çox yaşadığını qeyd edirlər. Amma bu fakt hamıya məlum olsa da, bunun səbəbləri çoxdan sirr olaraq qalır. Zarafat bir yana, izahat tamamilə məntiqli olsa da, bir qədər gözlənilməz oldu.
Publika.az xəbər verir ki, bu dəfə beynəlxalq tədqiqatçılar qrupu açıqlamya yayıblar.
Onlar bildiriblər ki, bu, ilk növbədə, lakin müstəsna olaraq, cinsiyyətin heteroqametik nəzəriyyəsi ilə əlaqədardır.
Kişilər “heteroqamet cinsi” adlandırılır, çünki onların cinsi xromosomları fərqlidir — biri X, digəri Y-dir. Bu, onları iki X-xromosoma sahib olan qadınlarla müqayisədə müəyyən dərəcədə əlverişsiz vəziyyətə salır.
XY xromosomlarına görə kişilər zərərli genetik mutasiyalara və xəstəliklərə daha həssasdırlar və nəticədə, orta hesabla, daha tez vəfat edirlər.
"Daily Mail" ilə söhbətində Maks Plank Cəmiyyətinin Leypsiqdəki Təkamül Antropologiyası İnstitutundan olan tədqiqat müəllifi Fernando Kolçero izah edib ki, alimlər bizim təkamül tariximizlə sıx bağlı olan amillərin də bu fərqə təsir etdiyini aşkar ediblər.
1740-cı illərdən bəri qadınların orta hesabla kişilərdən daha uzun yaşadığı məlumdur. Bu tendensiya demək olar ki, bütün ölkələrdə və bütün tarixi dövrlərdə müşahidə olunur.
"Our World in Data"nın məlumatına görə, hazırda dünyada orta ömür müddəti qadınlar üçün 73,8 il, kişilər üçün isə 68,4 ildir.
Bu rəqəmlər ildən-ilə dəyişsə də, qadınların orta yaşı daim daha yüksək qalır.
Bu tendensiya yalnız insanlarda deyil, digər canlı növlərində də müşahidə olunur. Beynəlxalq ekspertlər qrupunun məlumatına görə, məməlilərin, babuinlərin və qorillaların dişiləri adətən erkəklərdən daha uzun yaşayır. Lakin digər heyvan siniflərində bunun əksi doğrudur.
Məsələn, bir çox quş, həşərat və sürünən növlərində erkəklər daha uzunömürlü cins sayılır. Bu ömür fərqinin səbəbini araşdırmaq üçün alimlər dünyanın müxtəlif zooparklarında 528 məməli və 648 quş növünə dair məlumatları təhlil ediblər.
Hüsyen İbadlı
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal22 Oktyabr 20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi


































