Səhiyyə
Təhlükəli beyin xərçəngi görün nələri MƏHV EDİR
Albert Eynşteyn Tibb Kollecinin alimləri ilk dəfə olaraq müəyyən ediblər ki, glioblastoma - beynin ən aqressiv və təhlükəli xərçəngi təkcə beyni deyil, həm də kəllə sümüklərini zədələyir.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri Nature Neuroscience jurnalında dərc olunub.
Əvvəllər hesab olunurdu ki, bu şiş yalnız beyni təsirləndirir. Cərrahi müdaxilə, kimyəvi və şüa terapiyasına baxmayaraq, glioblastoma diaqnozu qoyulan xəstələrin orta ömür müddəti cəmi 15 aydır.
Yeni araşdırma göstərib ki, glioblastoma kəllə sümüklərini, xüsusilə onların birləşmə nöqtələrini dağıdır və bu sümüklərin içindəki sümük iliyinin tərkibini dəyişir.
“Sümük iliyində qan hüceyrələri, o cümlədən immun hüceyrələr yaranır”, - alimlər izah ediblər.
Tədqiqatçılar laboratoriya siçanlarında şişin kəllə sümüklərinə təsirini izləmək üçün qabaqcıl vizualizasiya metodlarından istifadə ediblər. Onlar aşkar ediblər ki, glioblastoma sümüklərin eroziyasına səbəb olur və beyinlə kəllə arasında mikrotunellərin sayını artırır. Bu kanallar vasitəsilə hüceyrələr və siqnal molekulları sərbəst hərəkət edə bilir.
Alimlər həmçinin müəyyən ediblər ki, kəllə və bud sümüyündəki iliklər şişə fərqli reaksiya verir.
Genetik analiz göstərib ki, xəstəlik kəllə iliyindəki immun hüceyrələrin tərkibini köklü şəkildə dəyişir: iltihab yaradan hüceyrələrin (neytrofillər və monocitlər) sayı kəskin artır, antikor istehsal edən B-hüceyrələr isə demək olar ki, yoxa çıxır.
Tədqiqatın müəlliflərindən biri, professor E. Riçard Stenli deyib:
“Bu, glioblastomanın niyə getdikcə daha aqressivləşdiyini və niyə müalicəsinin bu qədər çətin olduğunu izah edir”
Hazırda alimlər sümük iliyindəki immun hüceyrələrin balansını bərpa etməyə yönəlmiş terapiya hazırlamaq imkanlarını araşdırırlar. Məqsəd iltihab yaradan hüceyrələri zəiflətmək və qoruyucu hüceyrələri aktivləşdirməkdir.
Hüseyn İbadlı
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı

























.jpg)










.jpg)