Səhiyyə
Ölkədə insanlar daha çox bu səbəbdən ölür
Azərbaycanda 2024-cü ildə əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda Qadınlar və Kişilər" məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, ən çox ölüm qan dövranı sisteminin xəstəlikləri səbəbindən olub. Bu səbəbdən ölən insanların 16170 nəfəri qadın və 17119 nəfəri isə kişidir.
Ən az ölüm isə bəzi infeksion və parazitar xəstəliklər səbəbindən olub. Bu səbəbdən ölənlərin sayı 179 nəfər qadın və 375 nəfər kişidir.
Ölümün əsas səbəbləri arasında siyahıda yenitörəmələr (9681 nəfər), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri (2714 nəfər), həzm sisteminin xəstəlikləri (1964), tənəffüs sistemi xəstəlikləri (1450 nəfər) yer alıb.
Digər xəstəliklər səbəbindən ölənlərin sayı isə 9307 nəfər olub.
Qeyd edək ki, ötən il ölkədə 58 909 ölüm halı qeydə alınıb. Onlardan 26473 nəfəri qadın, 32436 nəfəri isə kişi olub. 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm halı azalaraq 5,9-dan 5,8-ə düşüb.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






























.jpg)



