Səhiyyə
Bu qadınlar qəfil ürək ölümü riskinə məruz qalırlar
Peşəkar bodibildinqlə məşğul olan qadınlar qəfil ürək ölümü riskinə anormal dərəcədə yüksək səviyyədə məruz qalırlar.
Publika.az xəbər verir ki, bu nəticəyə Padua Universitetinin alimləri gəliblər.
Alimlər 2005–2020-ci illər arasında beynəlxalq bodibildinq yarışlarında iştirak etmiş təxminən 9,5 min qadının tibbi məlumatlarını təhlil ediblər. Nəticədə 32 ölüm hadisəsi qeydə alınıb. Onların təxminən üçdə biri qəfil ürək dayanması ilə bağlı olub.
Bu əlaqə xüsusilə peşəkar bodibildinqçilər arasında daha aydın şəkildə müşahidə olunub: onlarda ürək ölümü riski həvəskar idmançılara nisbətən 20 dəfə çox olub.
Tədqiqatın aparıcı müəllifi doktor Marko Vekkato bildirib ki, ekstremal fiziki yüklənmələr, xroniki susuzluq, sərt pəhrizlər və stimullaşdırıcı maddələrin qəbulu ürək-damar sisteminə ciddi yük yaradır.
Alimlər idmançı qadınların psixoloji vəziyyətindən də narahatlıqlarını ifadə ediblər. Tədqiqat göstərib ki, qadın bodibildinqçilər arasında ölüm hallarının 13%-i intihar və ya zorakı səbəblərlə bağlıdır. Bu göstərici bu idman növündə kişilərlə müqayisədə dörd dəfə yüksəkdir.
Müəlliflər vurğulayıblar ki, ideal bədən quruluşuna can atmaq sağlamlıq üçün ciddi nəticələr doğura bilər. Onlar bodibildinqçilər üzərində tibbi nəzarətin gücləndirilməsini, eləcə də müntəzəm kardioloji müayinələrin müşahidə proqramlarına daxil edilməsini tövsiyə edirlər. Hətta gənc və zahirən sağlam idmançılar üçün belə.
Bundan əlavə, mütəxəssislər yüksək səviyyəli idmançılara təsir edən psixososial amillərə daha çox diqqət yetirilməsini tövsiyə edirlər.
Hüseyn İbadlı
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab
-
Avropa03:44Bu ölkə diplomatlarını İrandan çıxardı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı












.jpg)
.png)


.jpg)




.jpg)













