Səhiyyə
Xəstə beyin əməliyyatı zamanı klarnet çaldı - FOTO/VİDEO
Böyük Britaniyada Parkinson xəstəliyindən əziyyət çəkən qadın beyin stimullaşdırılması əməliyyatı zamanı klarnet ifa edib.
Publika.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, 69 yaşlı Deniz Bekon xəstəliyi səbəbindən orkestrdə çıxış edərkən yeriməkdə, rəqs etməkdə və oynamada çətinlik çəkirdi. Hərəkətlərinə nəzarəti bərpa etmək üçün o, Londondakı “King's College” xəstəxanasında dərin beyin stimullaşdırılması (DBS) əməliyyatı keçirib.
Cərrahların sözlərinə görə, Bekonun kəllə sümüyündə beş qəpiklik sikkə ölçüsündə iki kiçik dəlik açılıb və əməliyyat lokal anesteziya altında aparıldığı üçün qadın huşunu itirməyib. Prosedur zamanı o, klarnet çalaraq həkimlərə elektrodların təsirini izləməyə kömək edib.
Əməliyyatdan sonra Bekon bildirib: “Stimulyasiyadan sonra sağ əlim daha asan hərəkət etməyə başladı və mən yenidən klarnet çala bildim. İndi daha rahat yeriyirəm və bir gün yenidən rəqs etməyi xəyal edirəm”.
Adəm

-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






























.jpg)



