Səhiyyə
Bakteriyaların antibiotiklərə davamlılığı ildə 5–15 faiz artır - ÜST
Mikrob əleyhinə preparatlara qarşı əsas bakteriyaların davamlılığı hər il 5–15 faiz artır və bu problem xüsusilə aşağı gəlirli ölkələrdə daha qabarıq şəkildə özünü göstərir.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib və beynəlxalq ictimaiyyəti mikrob əleyhinə mübarizənin maliyyələşdirilməsinə siyasi dəstək göstərməyə çağırıb.
“Əsas bakteriyalarda davamlılıq hər il 5–15 faiz artır. Bu hal əsasən gəlir səviyyəsi aşağı ölkələrdə, eləcə də antibiotiklərə davamlı infeksiyaların qarşısının alınması, diaqnostikası və adekvat müalicəsi üçün imkanların məhdud olduğu yerlərdə müşahidə olunur”, – deyə Qebreyesus antibiotiklərə qarşı davamlılıq üzrə 12-ci yüksək səviyyəli görüşdə qeyd edib.
Onun sözlərinə görə, 2023-cü ildə “dünyada laborator şəraitdə təsdiqlənmiş hər altı bakterial infeksiyadan biri antibiotiklərə davamlı törədicilər tərəfindən yaranıb”. ÜST-ün Antimikrob Preparatlara qarşı Davamlılıq və Onların İstifadəsinə Nəzarət üzrə Qlobal Sistemi (GLASS) çərçivəsində 100-dən çox ölkədən toplanan yeni məlumatlar göstərir ki, “davamlılıq geniş yayılıb və artmaqda davam edir”.
Qebreyesus beynəlxalq ictimaiyyəti “Antimikrob preparatlarla mübarizənin maliyyələşdirilməsinə siyasi dəstəyin gücləndirilməsinə və bu sahədə müxtəlif mexanizmlərin razılaşdırılmasına yönəlməyə” çağırıb.
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı




































