Səhiyyə
ÜST-dən xəbərdarlıq: Ölüm hallarının sayı 70 faiz arta bilər!
Bütün dünyada xəstəxanalarda antibiotiklərə davamlı infeksiyalar sürətlə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni qlobal hesabatına görə, 2023-cü ildə laboratoriya tərəfindən təsdiqlənmiş hər altı bakterial infeksiyadan təxminən biri standart preparatlarla müalicəyə davamlı olub.
Publika.az Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadla xəbər verir ki, ekspertlər tədqiqatın nəticələrini “son dərəcə həyəcanlı” adlandırır və xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, 2050-ci ilə qədər antibiotiklərə davamlı infeksiyalardan ölüm hallarının sayı 70 faiz arta bilər.
Hesabata görə, 2018-2023-cü illərdə istifadə edilən antibiotiklərin 40 faizindən çoxu ən çox yayılmış infeksiyalara - qan, bağırsaq, sidik yolları və cinsi yolla keçən xəstəliklərə qarşı effektivliyini itirib.
ÜST 104 ölkədən 23 milyon bakterial infeksiya haqqında məlumat toplayıb. Təhlil göstərdi ki, ən ağır vəziyyət səhiyyə sistemlərində diaqnostika vasitələri, antibiotiklər və infeksiyaya nəzarət resurslarında çatışmazlıq olan aşağı və orta gəlirli ölkələrdədir.
“Bu nəticələr ciddi həyəcan doğurur. Antibiotiklərə qarşı müqavimət artmaqda davam etdiyinə görə, biz getdikcə daha çox effektiv müalicə üsullarının sadəcə olmadığı bir vəziyyətlə üzləşirik. Bu, infeksiyaların qarşısının alınması və nəzarətinin zəif olduğu, etibarlı diaqnostika və dərman vasitələrinə çıxışın məhdud olduğu ölkələrdə xüsusilə təhlükəlidir”, - deyə ÜST-nin Antimikrob preparatlara müqavimət Departamentinin direktoru Doktor İvan Xutin bildirib.
ÜST-nin qiymətləndirmələrinə görə, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizində hər üç bakterial infeksiyadan biri artıq antibiotiklərə davamlıdır. Afrika ölkələrində - təxminən hər beşindən biridir. Bununla belə, faktiki rəqəmlər daha yüksək ola bilər: bir çox ölkələrdə məlumatlar ilk növbədə ən ağır halların cəmləşdiyi böyük ixtisaslaşmış xəstəxanalardan daxil olur.
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi

























.jpg)










.jpg)