Səhiyyə
Kişilərdə süd vəzi xərçənginin aşkarlanmasında artım var
Azərbaycanda kişilərdə süd vəzi xərçənginin aşkarlanmasında artım müşahidə olunur.
Publika.az xəbər verir ki, bunu Report-a açıqlamasında həkim-onkoloq Nərmin Axundova "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə mübarizə ayı" adlı tədbir çərçivəsində deyib.
Onun sözlərinə görə, bu artım xəstəliyin artması hesabına qeydə alınmır, sadəcə olaraq ölkədə kişilər də süd vəzi xərçəngi riskini gözə alaraq müayinələrə cəlb edilir:
"Çünki əvvəllər kişilər süd vəzi xərçəngi üçün müayinələrə gəlməkdən utanırdılar. Nəticədə daha gecikmiş mərhələlərdə müraciət edirdilər. Süd vəzi xərçənginin çox ağır ağrı simptomları yoxdur. Ona görə də kişilər həkimə müayinəyə yalnız gilənin batması, yaxud toxunduqda ağrı hiss etmələri səbəbindən gəlirdilər. İndi isə dəyişiklik hiss olunur və kişilər daha erkən vaxtlardan müayinələrə cəlb olunurlar"
Həkim-onkoloq həmçinin bildirib ki, hazırda hər səkkiz qadından birində süd vəzi xərçəngi aşkarlanırsa, bu göstərici kişilərdə daha azdır.
Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































