Səhiyyə
Məşhur həkimdən xəbərdarlıq-Bu qidalar dişlərimizi məhv edirmiş
Məşhur həkim-ortodont İrina Butorina dişlərə zərər vuran əsas qida və vərdişlər barədə maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, o, "Gazeta"ya açıqlamasında bildirib ki, konfetlər dişlər üçün ən zərərli şirniyyat hesab olunurlar. Belə ki, bu qida növləri uzun müddət ağızda qalır və diş minasına davamlı mənfi təsir göstərir.
Mütəxəssisin sözlərinə görə, bu cür şirniyyatlarda şəkər yüksəsk səviyyədəolur və şəkərin dişlərin səthi ilə uzun müddətli təması yaranır ki, bu da ağız boşluğunda turşu-qələvi balansını pozur və kariogen bakteriyaların çoxalmasına səbəb olur.
Ortodont onu da qeyd edib ki, pastil formasında olan konfetlər ağızda həll olduqda, diş minası bir neçə dəqiqə ərzində turşu mühitinə məruz qalır: "Bu, demineralizasiyaya və diş strukturunun zəifləməsinə səbəb olur".
Xüsusən də uşaqların ağızlarında sərt formada olan, gec əriyən konfet saxlaması vərdişinə diqqət yetirilməlidir.
"Onarın məhz sərt konfetləri müntəzəm şəkildə və uzun müddət sovurması diş sisteminin inkişafına təsir göstərə bilər. Əgər uşaq tez-tez ağzında konfet saxlayırsa və ya çubuqlu şirniyyatları dişləyirsə, bu, çənə sisteminə də mənfi təsir edir. Çənə üzərindəki təzyiqin vahid şəkildə paylanması pozulur. Aktiv böyümə dövrlərində bu, normal dişləmənin inkişafına və ya dişlərin səhv düzülüşünə səbəb ola bilər",- mütəxəssis valideynləri xəbərdar edib.
Tural
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































