Səhiyyə
Hamının istifadə etdiyi məşhur arıqlama dərmanı görün hansı ciddi xəstəlik yaradırmış
Rusiya Elmlər Akademiyasının Puşinsk Elmi Mərkəzinin alimləri diqqət çəkən araşdırma aparıblar. Elm adamları hipoqlikemik (qan şəkərini salan) dərmanların Alzeymer xəstəliyinin inkişafına kömək edən beta-amiloid peptidlərin aktivliyinə təsir göstərə biləcəyini aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Gazeta"ya Rusiya Təhsil və Elm Nazirliyindən bildirilib. Qeyd edilib ki, xüsusilə, semaqlutid ("Ozempic" və onun analoqlarının əsas tərkibi) xəstəliyin inkişaf riskini artırır.
Qeyd edilib ki, diabet xəstələrində Alzeymer xəstəliyinə tutulma riski 65% artır. Bu, əsasən xəstənin beynində qlükoza metabolizmasının pozulması ilə əlaqəli ola bilər: "Digər tərəfdən bu, antidiabetik dərmanların Alzeymer xəstəliyinin patogenezində iştirak edən amiloid peptidlərin və müxtəlif tau-zülal formalarının metabolizmasına və funksional aktivliyinə təsiri ilə bağlıdır".
Rus alimləri ilk dəfə olaraq qlükaqon kimi peptid-1 analoqlarının (semaglutid, ekzenatid və liraglutid) beta-amiloid peptidlərinin monomer formaları ilə əlaqəsinin ola biləcəyini nümayiş etdiriblər ki, bu da ümumilikdə Alzeymer xəstəliyinin inkişafına birbaşa kömək edir. Amiloid peptidləri toksik formalar əmələ gətirir və beyin toxumasında amiloid çöküntüləri şəklində toplanır.
Qeyd edək ki, "Ozempic"dən təkcə şəkər xəstələri deyil, ümumilikdə arıqlamaq istəyənlər də aktiv şəkildə istifadə edirlər.
Tural
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































