Səhiyyə
Diqqəti yenidən toplamağın sirri aşkarlandı
Massaçusets Texnologiya İnstitutunun alimləri beynin diqqəti yayındıqdan sonra tapşırığa necə qayıtdığını araşdırıblar. Yeni tədqiqat göstərib ki, beyində yaranan dalğalar düşüncəni yenidən bərpa etməyə kömək edir.
Publika.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, professor Earl K. Millerin sözlərinə görə, bu fırlanan dalğalar beynin diqqətini düzgün istiqamətə qaytarır. Araşdırmada heyvanlara yaddaş tapşırığı verilib və onların diqqəti müxtəlif amillərlə yayındırılıb. Alimlər prefrontal korteksdəki (yüksək düşüncə mərkəzi) yüzlərlə neyronun fəaliyyətini izləyiblər. Nəticədə diqqət dağıldıqdan sonra neyronların fəaliyyətində “fırlanma” müşahidə olunub, sanki beyin yenidən balansını tapmaq üçün dövrə vurur. Əgər bu fırlanma tam şəkildə baş verirdisə, heyvanlar tapşırığı düzgün yerinə yetirirdi. Əgər dalğa yarımçıq qalırdısa, səhvlər artırdı. Yəni, beyin diqqəti bərpa etmək üçün müəyyən fırlanma vaxtına ehtiyac duyur.
Tədqiqatçılar, həmçinin aşkar ediblər ki, bu fırlanan dalğalar sadəcə riyazi model deyil, eyni zamanda, beynin səthində həqiqi, fiziki dalğalanmalardır. Millerin fikrincə, bu mexanizm beynin enerji baxımından səmərəli, “analoq hesablamalar” aparmaq üsulu ola bilər.
Araşdırma “Journal of Cognitive Neuroscience” jurnalında dərc olunub.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































