Səhiyyə
500 mindən çox ev quşu məhv edilmişdi, indi də yüzlərlə dəvəquşunu öldürdülər
Kanadanın Britaniya Kolumbiyası bölgəsində "quş qripi"nin yayılma təhlükəsi səbəbindən fermada saxlanılan 300-dən çox dəvəquşu öldürülüb.
Publika.az "New York Post" nəşrinə istinadən xəbər verir ki, quşların kütləvi şəkildə məhv edilməsinə Kanada Ali Məhkəməsi qərar verib. Yerli fermerlər isə təhlükəli virus epidemiyası ilə bağlı atılan sərt addımların davamını əngəlləməyə çalışırlar.
Kanada Qida Müfəttişliyi Agentliyi xəstəliyin daha da yayılmasının qarşısını almaq məqsədi üçün belə addım atıldığını bəyan edib. Kəskin qərar verilməsinə ötən qışda 69 dəvəquşunun "quş qripi"nə yoluxaraq ölməsinin səbəb olduğu bildirilir. Təsərrüfat nümayəndələri isə qalan quşların tamamilə sağlam olduğunu və heç bir təhlükə yaratmadığını iddia edirlər.
Bundan əvvəl Almaniyada "quş qripi" virusunun yayılma riski yüksək olduğu üçün 30 fermada 500 mindən çox toyuq, ördək, qaz və hind quşu məhv edilib.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































