Səhiyyə
Yüksək insult riskinin əlaməti müəyyən edildi
Hətta təzyiq normanın hüdudlarında qalsa belə, onun təxminən 30 yaşdan etibarən tədricən artması onilliklər sonra infarkt və ya insultla nəticələnə bilər. Bu qənaətə London Universitet Kollecinin alimləri gəliblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Circulation: Cardiovascular Imaging" jurnalında dərc olunub.
"MyoFit46" layihəsi çərçivəsində mütəxəssislər 36–77 yaş arası 500-dən çox insanın sağlamlıq vəziyyətini izləyiblər. Alimlər arterial təzyiqdəki dəyişikliklərin orta və yaşlı dövrdə ürəyin qanla təmin olunmasına necə təsir etdiyini qiymətləndiriblər.
Məlum olub ki, 30–50 yaş aralığında təzyiq nə qədər yüksək və ya sürətlə artıbsa, 77 yaşda ürəyin qanla təmin olunması bir o qədər pisləşib. Hətta “normal” göstəricilərdə - təxminən 130 mm civə sütunu - ürək əzələsinə qan axını 9–12% azalıb, infarkt, insult və ürək çatışmazlığı riski isə təxminən üçdə bir artıb.
Müəlliflərin sözlərinə görə, hipertoniyanın ilkin mərhələsi insan heç bir simptom hiss etməsə belə, ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər. Damarlarda tədricən, demək olar ki, hiss olunmayan dəyişikliklər diaqnoz qoyulmazdan çox əvvəl başlayır.
Alimlər gənc yaşdan etibarən qan təzyiqi göstəricilərini mütəmadi izləməyi tövsiyə edirlər. Tədqiqatçılar həmçinin xatırladıblar ki, hipertoniyadan qorunmanın əsas yolu həyat tərzinin dəyişdirilməsidir - fiziki aktivlik və sağlam qidalanma hesabına.
Hüseyn İbadlı
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab
-
Avropa03:44Bu ölkə diplomatlarını İrandan çıxardı
-
ABŞ02:27ABŞ İrana qarşı yeni hava zərbələrinə başladı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı













.jpg)

.jpg)
.jpg)








.jpg)










