Səhiyyə
TƏBİB-dən Xoşqədəm Hidayətqızının tənqidinə cavab
Aparıcı Xoşqədəm Hidayətqızının ağır vəziyyətdə olan xəstənin yalnız TƏBİB-in icazə verdiyi özəl klinikalarda anju oluna bilməsi ilə bağlı tənqidi paylaşımından sonra qurum məsələyə ilə bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında bunlar qeyd olunub:
"Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa dərhal tibbi xidmət göstərilir. Səhhətində narahatlıq hiss edən şəxsin tibb müəssisəsinə yaxınlaşdıqda şəxsiyyət vəsiqəsini qeydiyyatçıya təqdim etməsi kifayətdir ki, ona tibbi xidmət göstərilsin.
“İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na əsasən təcili tibbi yardım zamanı özəl tibb müəssisəsində göndəriş vərəqəsi tələb olunmur. Bu zaman vətəndaş özəl tibb müəssisəsində göndəriş vərəqəsi olmadan icbari tibbi sığortaya daxil olan tibbi xidmətlərdən Xidmətlər Zərfi çərçivəsində yararlana bilər.
Pasiyent özəl tibb müəssisəsinə təcili tibbi yardımın göstərilməsi ilə bağlı göndəriş olmadan müraciət etdikdə özəl tibb müəssisəsi “e-Tabib” elektron informasiya sistemində göndərişlər modulu üzərində elektron sorğu göndərir. Hər ayın sonu ekspertiza nəticəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi xidmətin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olduğunu, dövlət tibb müəssisəsində göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini qiymətləndirərək, tibbi xidmətin göstərilməsi barədə qərar verir və özəl tibb müəssisəsinə elektron bildiriş göndərməklə məlumatlandırır.
Tibbi xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə və təcililiyi təsdiqləndiyi halda göstərilən xidmətin dəyəri özəl tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir.
Məlumat üçün bildirək ki, vətəndaşlara icbari tibbi sığorta hesabına tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları və mərkəzlərində göstərilir. Tibbi xidmətin sözügedən tibb müəssisələrində göstərilməsi mümkün olmadıqda vətəndaş Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində xidmətdən istifadə etmək üçün göndəriş vərəqəsi ilə təmin olunur".
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto
-
Sosial10:40Bakının cazibəsi kəndləri boşaldır - Çıxış yolu var?








.jpg)



























