Səhiyyə
Ən şiddətli qrip epidemiyası QAPINI KƏSDİRDİ - Mövsüm çox ağır ola bilər
Aparıcı həkimlər insanları bu qış onilliklərin “ən şiddət qrip epidemiyası” ola biləcək vəziyyətindən əvvəl peyvənd olunmağa çağırırlar.
Publika.az xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.
Bildirilib ki, H3N2 ştamı üzrə xəstəxanalara qəbul sayı artıq artmaqdadır, yoluxmalar isə adətən yalnız dekabrda müşahidə olunan rəqəmlərə çatıb.
Səhiyyə rəhbərləri narahatdırlar ki, ən həssas qruplardan bir çoxu hələ peyvəndini almayıb, halbuki NHS çətin qışa hazırlaşır.
Həkim Hilari Cons səhiyyə xidmətinin “SOS kampaniyası” barədə daha ətraflı məlumat verib. Bu kampaniya insanları qarşıdakı həftə ərzində peyvənd olunmağa təşviq edir.
“Avstraliyada son yeddi ilin ən ağır qripi müşahidə olundu. Orada qış mövsümündə nə baş verirsə, adətən buraya da təsir edir. Artıq burada xəstəxanaya yerləşdirmələrdə artım görürük, yəni mövsüm vaxtından əvvəl başlayıb”, - o deyib.
O əlavə edib ki, qrip virusu daim mutasiyaya uğrayır və bu, illər ərzində yaranmış immuniteti və peyvəndlərin qoruyuculuğunu sınağa çəkir. Hazırda üstünlük təşkil edən H3N2 ştammı yay aylarında yeddi mutasiya keçirib, bu da o deməkdir ki, ötən il peyvənd olunanlar qorunmaya bilər.
“Biz artıq xəbərdarlıq alırıq ki, bu il qrip mövsümü çox ağır ola bilər,” – Dr. Hilari ITV-nin "Lorraine" proqramında çıxışı zamanı bildirib:
“NHS bu SOS kampaniyasını başladıb və deyirlər ki, gələn həftə insanlar peyvənd vurdura bilsinlər deyə 2,4 milyon qəbul vaxtı mövcuddur. Bir çox insan pulsuz peyvənd almaq hüququna malikdir.”
O xəbərdarlıq edib ki, qrip “adi güclü soyuqdəymədən çox-çox ağırdır” və xəstələri ən azı bir həftə yatağa salır:
“Qripi sadəcə güclü soyuqdəymə kimi qəbul etməməliyik, o bundan qat-qat ağırdır. Kəskin boğaz ağrısı, yüksək hərarət, əzələ ağrıları – bir həftə yataqdan qalxa bilmirsiniz,” – Dr. Hilari deyib.
Həkim əlavə edib ki, qrip çox ciddi qəbul edilməlidir və xüsusilə risk qruplarında ölümcül ola bilər:
“Keçən il Avropada 70 min əlavə ölüm qeydə alınıb, onların 7,500-ü buradadır. Onların bəzisi uşaqlardır — keçən qış 53 uşaq qripdən həyatını itirib. Deməli, məsələ yalnız yaşlılarla məhdudlaşmır” – o bildirib.
O insanları peyvənd olunmağa çağıraraq bildirib ki, immunizasiya “qripdən ağır şəkildə xəstələnməməyin ən yaxşı yolu”dır.
O əlavə edib ki, pulsuz peyvəndə uyğun olmayanlar belə, aptekə gedərək asanlıqla öz hesabına peyvənd vurdura bilərlər:
“Əgər şəxsi qaydada peyvənd vurmaq istəyirsinizsə, sadəcə aptekə yaxınlaşın, vaxt almağa ehtiyac yoxdur — elə orada vurula bilər,” – o deyib.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































