Səhiyyə
TİBBDƏ İNQİLAB: Süni orqanlar çap ediləcək
Virciniya Universitetinin tədqiqatçıları polietilenqlikol (PEG) əsasında yeni tip 3D-çap materialı hazırlayıblar.
Publika.az xəbər verir ki, tədqiqat nəticələri "Advanced Materials" jurnalında dərc olunub.
Bildirilib ki, bu material immun sistemi ilə daha yaxşı qarşılıqlı təsir göstərir və yüksək elastikliyə malikdir. Yenilik süni orqanların yaradılması, dərmanların çatdırılma sistemləri və hətta akkumulyatorların xüsusiyyətlərinin yaxşılaşdırılması texnologiyalarını yeni mərhələyə qaldıra bilər.
PEG artıq biotibb sahəsində istifadə olunur, lakin mövcud əldəetmə üsulları materialı kövrək edir: sulu mühitdə çarpaz bağlanmadan və suyun çıxarılmasından sonra struktur kristallaşır və demək olar ki, uzanmır. Bu, PEG-in hərəkətə davamlı olmalı olan elastik konstruksiyalarda - məsələn, gələcək sintetik orqanların karkaslarında istifadəsini ciddi şəkildə məhdudlaşdırır.
Lixen Tsayın rəhbərlik etdiyi bir qrup əvvəllər laboratoriyada işlənmiş yanaşmanı tətbiq edib: “qatlanan fırça” adlanan polimerlərin yaradılması. Bu tip molekullar mərkəzi “oxdan” çıxan çoxsaylı elastik yan zəncirlərə malikdir və qarmon kimi sıxılıb-açıla bilir. Bu, materialın həm möhkəm, həm də çox uzana bilən olmasına imkan verir.
Aspirant Baytsyan Xuan bu prinsipi PEG üçün uyğunlaşdırıb. O, ilkin qarışığı cəmi bir neçə saniyə ultrabənövşəyi şüa ilə işıqlandıraraq polimerləşməni başladıb və “fırça” arxitekturasına malik üçölçülü şəbəkə formalaşdırıb. Nəticədə 3D-printerdə çap edilə bilən elastik hidrogellər və elastomerlər əldə olunub.
“Biz UV-şüalanmanın formasını dəyişərək mürəkkəb strukturlar - yumşaq və ya sərt yarada bilirik, amma eyni zamanda onların uzanma qabiliyyətini saxlayırıq”, — deyə Xuan izah edib.
Bu cür elastiklik bioprintinq texnologiyalarına və fərdiləşdirilmiş dərman çatdırılma sistemlərinə yol açır.
Alimlər yeni materialın biouyğunluğunu da yoxlayıblar: hüceyrələr PEG strukturlarının yanında uğurla böyüyüb. Bu, texnologiyanı implantasiya edilə bilən karkasların və digər tibbi cihazların yaradılması üçün potensial namizəd edir.
Hüseyn İbadlı
-
Avropa03:44Bu ölkə diplomatlarını İrandan çıxardı
-
ABŞ02:27ABŞ İrana qarşı yeni hava zərbələrinə başladı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi












.jpg)
.jpg)





















