Səhiyyə
Xərçəng görün necə gizlənir - ŞOK ARAŞDIRMA
Texas Universitetinin M.D. Anderson Onkologiya Mərkəzinin tədqiqatçıları HSP90 istilik şoku zülalının xərçəngə meyillilikdə və şişlərin müalicəyə davamlılığında yeni rolunu aşkar ediblər.
Publika.az xəbər verir ki, "Molecular Cell" jurnalında dərc olunan işdə göstərilib ki, HSP90 bəzi BRCA1 genindəki mutasiyaların təsirini “yumşalda” bilər, onların zərərli nəticələrini gizlədərək süd vəzi xərçənginin inkişafını gecikdirir. Lakin bu xüsusiyyət eyni zamanda şiş hüceyrələrində zəiflik yaradır: HSP90 bloklandıqda, xərçəng hüceyrələrinin terapiyaya həssaslığı bərpa olunur.
Genetika kafedrasının dosenti Georgios Karrasın rəhbərliyi ilə aparılan araşdırma həmçinin HSP90-ın bu “bufer” mexanizminin hansı hallarda işə düşdüyünü əvvəlcədən müəyyən etməyə imkan verən əlamətləri üzə çıxarıb. Bu, diaqnostikanın, proqnozun və kombinə olunmuş müalicə sxemlərinin fərdiləşdirilməsinə kömək edə bilər.
İstilik şoku zülalları hüceyrəni stressdən qoruyur, zədələnmiş və ya səhv qatlanmış zülalları düzəldir, həmçinin normal şəraitdə də vacibdir. HSP90 bir çox zülalların düzgün qatlanmasına yardım edir və genetik səhvlərin nəticələrini gizlədə bilir. BRCA1 geni mühüm şiş supressorudur və onun mutasiyaları süd vəzi və yumurtalıq xərçəngi riskini artırır.
Alimlər müəyyən ediblər ki, HSP90 bu mutasiyaların bir qisminin nəticələrini gizləyə bilər, onların populyasiyada qalmasına və xəstəliyin başlanmasının gecikməsinə şərait yaradır. Lakin belə “maskalanmış” mutasiyaları daşıyan şişlər PARP inhibitorları ilə müalicəyə daha zəif cavab verir və bu davamlılıq birbaşa HSP90 aktivliyindən asılıdır. Maraqlıdır ki, HSP90-ın bufer qabiliyyəti xarici amillərlə, məsələn adi qızdırma ilə belə asanlıqla pozula bilər.
Aşağı dozalı HSP90 inhibitorlarının əlavə olunması BRCA1 mutasiyalarını daşıyan hüceyrələrdə PARP inhibitorlarına qarşı davamlılığı aradan qaldırmağa kömək edib. Alimlər həmçinin hansı xəstələrin bu kombinə olunmuş terapiyaya daha uyğun olduğunu əvvəlcədən tanımağa imkan verən xüsusiyyətləri müəyyən ediblər. Çünki BRCA1 mutasiyası olan bir çox pasiyentlərdə məhz bu tip gizli, HSP90 vasitəsilə maskalanmış mutasiyalar ola bilər və bu yanaşma onlar üçün faydalı ola bilər. Müasir selektiv HSP90 inhibitorları artıq klinik sınaqlardan keçir və indi real pasiyentlərin iştirakı ilə aparılacaq tədqiqatlar bu müalicə metodunun effektivliyini təsdiqləməlidir.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
İdman27 İyun 23:12Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazandı
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi


























.jpg)









.jpg)