Səhiyyə
Bu məhsul xərçəngin təhlükəli növünün inkişafına TƏKAN VERİR
Qırmızı ətin istifadəsi yoğun bağırsaq xərçənginin inkişaf riskini artırır.
Publika.az xəbər vrir ki, bu barədə "The Mirror" qəzeti yazır
"Məlumdur ki, bir sıra amillər bağırsaq xərçənginin yaranma riskini artırır. Qidalanma bu amillərdən biri olaraq qalır, xüsusilə qırmızı ət və yarımfabrikatların istifadəsi xəstəliyin ehtimalını artırır", — məqalədə qeyd olunur.
Bu xərçəng növü Böyük Britaniyada yayılma baxımından dördüncü yerdədir. Bununla yanaşı, narahatedici bir tendensiya müşahidə olunur: xəstəlik getdikcə daha çox gənclərdə inkişaf edir. Məsələn, 2019-cu ildə 55 yaşdan aşağı pasiyentlər bütün halların 20%-ni təşkil edib ki, bu da 1995-ci illə müqayisədə iki dəfə çoxdur.
Məqalə müəllifi həmçinin "Nature Communications" jurnalında dərc olunmuş araşdırmaya istinadla yazır ki, gündəlik əsas rasiona əlavə olaraq 300 milliqram kalsium qəbul etməklə yoğun bağırsaq xərçəngi riskini 17% azaltmaq mümkündür. Oksford Universitetinin tədqiqatında 542 mindən çox qadının məlumatları təhlil olunub. Nəticədə alimlər müəyyən ediblər ki, süd məhsulları və vitamin B2, maqnezium, fosfor, kalium kimi qida maddələri ilə zəngin qidalar qəbul edən insanların kolorektal xərçəngə tutulma riski daha aşağıdır.
Qeyd olunur ki, göstərilən miqdarda kalsium bir stəkan südün, üç qaşıq çia toxumunun və ya bir porsiya yunan yoqurtunun tərkibində mövcuddur.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































