Səhiyyə
Avropanı cənginə alan təhlükəli “SUPERGÖBƏLƏK” - Qaşınan səpgilər yaranır
Avropa ölkələrində müalicəyə yüksək davamlılığı ilə seçilən "Trichophyton indotineae" göbələyinə yoluxma halları sürətlə artır.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Qeyd edilib ki, bu səbəbdən mütəxəssislər onu artıq “supergöbələk” adlandırırlar.
Mançester Universitetinin yoluxucu xəstəliklər üzrə eksperti Devid Denningin sözlərinə görə, infeksiya qırmızı, qaşınan səpgilərlə özünü göstərir və ən çox qasıq nahiyəsində, budlarda və ombada yaranır.
Nəşr qeyd edir ki, son üç ildə Böyük Britaniyada yoluxma halları təxminən 500% artıb. İnfeksiya həm yoluxmuş insanla təmas zamanı, həm də çirklənmiş əşyalar və səthlər vasitəsilə ötürülür. Yaxın bədən təmasında da yoluxma mümkündür. Xəstəlik həyati təhlükə yaratmasa da, göbələyin davamlılığı səbəbindən müalicə həftələrlə, hətta aylarla uzana bilər.
Denning vurğulayır ki, vəziyyət qlobal miqyasda ciddi problemə çevrilə bilər.
The Sun-un məlumatına görə, son on ildə bu infeksiya Almaniya və ABŞ da daxil olmaqla 20-dən çox ölkədə aşkarlanıb.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































