Səhiyyə
"Referans"da pasiyentə səhvən xərçəng diaqnozu qoyuldu - FOTOFAKT
Referans Klinik Laboratoriya Mərkəzinin Gənclik filialında pasiyentə səhvən xərçəng diaqnozu qoyulub.
Publika.az xəbər verir ki, bu barədə Bakues.az-ın “Qaynar Xətti”nə vətəndaş Nərmin Abbasova şikayət ünvanlayıb.
Onun sözlərinə görə, müayinə üçün getdiyi Referans Klinik Laboratoriya Mərkəzinin Gənclik filialında cərrah mama-ginekoloq Fəxrəndə Rəsulova ona xərçəng diaqnozu qoyub.
“Referans””da açıq bazar hökm sürür. Mən xərçəng xəstəsi olmadığım halda, mənə xərçəng diaqnozu qoyulub. Hətta analizlər üçün məndən kifayət qədər böyük məbləğdə ödəniş tələb ediblər. Mən analizlər vermədim və başqa həkimə müraciət etdim. Həmin həkim mənə dedi ki, sən xərçəng deyilsən. Mənə 83 manatlıq yüngül müalicə yazıldı. Halbuki “Referans”da məndən analizlər üçün 250 manat istəmişdilər. Həkimin qəbulu üçün isə əlavə olaraq 50 manat ödəmişdim”, – deyə şikayətçi qeyd edib.
O, “Referans”da səhv diaqnoz qoyulmasının ilk hal olmadığını bildirib. Belə ki, bir ay öncə başqa bir qadın analiz üçün gedərkən ona da xərçəng diaqnozu qoyulub və analizlər üçün ondan 1000 manat tələb olunub. Bundan başqa, 680 manatlıq resept yazılıb. Xanımın imkanı olmadığına görə müalicədən imtina edib.
N. Abbasova iddia edir ki, Mərkəzdə pasiyentlərin əksəriyyətinə ağır xəstəlik diaqnozu qoyulur və həkimə yönləndirilir. Analizlərə görə yüksək məbləğdə pul alınandan sonra çox bahalı müalicə yazılır. İrəli sürülən ittihamla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
-
MDB11:05Süleyman Ermənistanı qorxuya salıb: Ölkədə azyaşlıları zorlayan mafiya peyda olub
-
Əmlak10:47Qanunsuz evlər necə artır?: Yeni "ucuz torpaq" tələsi - VİDEO
-
Region10:22Azərbaycan ərazisindən Ermənistana gübrə göndəriləcək
-
MDB10:11Erməni hüquq müdafiəçisi: "Azərbaycan müharibə edəcək, bizim üçün fəlakətli olacaq"
-
Magazin101:41Şəbnəmin arxiv videosu yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
-
Magazin12 May 23:12Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Kriminal2 May 22:12Azərbaycanda toyda qan töküldü - Qardaşlar...

























.png)

.jpg)






