Səhiyyə
Hamının geyindiyi dar geyimlər ağır fəsadlar yaradırmış: Həkimdən xəbərdarlıq!
Dar corab geyinmək ayaqlarda qan dövranı problemləri riskini artıra bilər. Həmçinin şalvarlardakı dar rezinlərin, kəmərlər də mədəyə təzyiq etməklə həzm problemlərinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Pirogov Universitetinin Anatomiya və Morfologiya İnstitutunun (İAM) Morfologiya kafedrasının dosenti Vyaçeslav Petroviç Artişev Gazeta.Ru-ya müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, geyim və alt paltarı seçərkən hər hansı bir narahatlıq və ya təzyiq hissinə diqqətlə fikir vermək lazımdır.
Artişev onu da qeyd edib ki, dar corablarla yanaşı dar ayaqqabı da ayaqlarda qan dövranı problemləri riskini artırır. Bu isə aşağı ətraflarda keyləşmə, qanazlığı qaşınma və ya üşümə kimi narahatlıqlara səbəb ola bilər. Ekspert həmçinin şalvarlar alarkən onların bədənə oturuş formasını diqqətlə seçilməsini məsləhət görüb.
Artişev deyib: "Dar şalvar və ya dəbdə olan bədənə yapışan cins şalvarlarlar, xüsusən də onların sıx tikilmiş bel hissəsi mədəyə təzyiq göstərə və bu, həzm sistemində ciddi problemlər yarada bilər".
Olduqca dar büstqalter isə yalnız dərini qıcıqlandırıb qan damarlarını sıxmır, həm də bel əzələlərinin gərginləşməsinə və hərəkətliliyin məhdudlaşmasına səbəb olur.
Tural
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu



































