Səhiyyə
Beynin inkişafına bu gen nəzarət edirmiş...
Leybnits adına Primatlar Tədqiqatları İnstitutunun alimləri müəyyən ediblər ki, ARHGAP11A geni inkişaf edən insan beynində unikallığı ilə seçilən hüceyrə quruluşunun formalaşmasında əsas rol oynayır.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Cell Reports" jurnalında dərc edilib.
Alimlər izah ediblər ki, insan beyni heyvanların beynindən geniş qabıq sahəsi, mürəkkəb quruluşu və hüceyrələrin böyük müxtəlifliyi ilə fərqlənir. Bu xüsusiyyətlər hələ inkişaf dövründə, staminal hüceyrələrin sinir və dəstək hüceyrələrinə çevrildiyi ventrikulyar zonada formalaşır. Lazımi qatlara bölünmək və ora köçmək üçün hüceyrələr daim onların formasını və böyümə istiqamətini müəyyən edən daxili “çərçivə” - sitoskeleti yenidən qurur.
Tədqiqatçılar müəyyən ediblər ki, ARHGAP11A bu prosesləri idarə edir. Gen normal işlədikdə staminal hüceyrələr düzgün istiqamətlənir, lazımi yerdə qalır və lazım olan sürətlə bölünür. Gen olmadığı zaman hüceyrələr toxumanı vaxtından əvvəl tərk edir və neyronlara çevrilir. Bu isə staminal hüceyrə ehtiyatının sürətlə tükənməsinə və beynin yetkinləşməsi və sabitliyi üçün vacib olan dəstək hüceyrələrinin çatışmazlığına gətirib çıxarır.
Hüseyn İbadlı
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu



































