Səhiyyə
Bir gündə iki plastik əməliyyata girən qadın öldü
"Roszdravnadzor" Moskvanın mərkəzindəki özəl plastik cərrahiyyə klinikasında xəstə ölümü ilə bağlı araşdırmaya başlayıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Rusiyanın Baş Prokurorluğu isə yayılan bu məlumata əlavə edib ki, faciə Skatertnı küçəsindəki özəl tibb klinikasında baş verib.
Hazırda faciənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. "Roszdravnadzor" mütəxəssislərin tibbi yardımın necə təşkil olunması və qadının ölümünə konkret nəyin səbəb olmasını müəyyənləşdirəcəyini bəyan edib.
"112" Teleqram kanalının məlumatına görə isə qadın bir gün əvvəl iki əməliyyat keçiribmiş. Bunlar sinə kiçiltmə və qarın piylərinin alınması olub. O, əməliyyatın ertəsi gün səhər qəfildən özünü pis hiss edib və həkimlər bir gündə iki plastik əməliyyat keçirmiş xəstəni xilas edə bilməyiblər. Kanalın mənbələri iddia edir ki, ölümə ilkin səbəb kimi aspirasiya ola bilər.
Kanal xəstənin "Medlaz" özəl klinikasında öldüyünü yazıb. Hansı ki, bu klinikada əməliyyat 300.000 rubldan başlayır.
Tural
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu



































