Səhiyyə
Bu qidalar xərçəngə tutulma riskini artırır - XƏBƏRDARLIQ
Onkoloq Vladimir İvaşkov xərçəng xəstəliyinin riskini artıran qida məhsullarının siyahısını dərc edib.
Publika.az xəbər verir ki, həkim özünün "Telegram" kanalında onları üç kateqoriyaya bölüb - hansı məhsulları müntəzəm qəbul etmək olar, hansını daha az almaq tövsiyə olunur və hansından tamamilə imtina etmək lazımdır.
İvaşkov dietadan tamamilə kolbasa, sosiska, bekon, hisə verilmiş məhsullar, konservləşdirilmiş ət, hazır səhər yeməkləri, dondurulmuş pizza, yarımfabrikatlar, naqgets və mürəkkəb tərkibli sousları çıxarmağı tövsiyə edir. O, xatırladıb ki, istənilən spirtli içki yeddi növ xərçəng riskini artırır. Çipslər, krakerlər və əlavəli qəlyanaltılar da zərərli məhsullar sırasına daxildir.
Bununla yanaşı, onkoloq qırmızı ətin istehlakını həftədə 350 qramdan çox olmamaq şərti ilə azaltmağı tövsiyə edir. O qeyd edib ki, alkoqolsuz şərab, qatıq və şirin pendirlər yüksək şəkər tərkibli olduğundan ehtiyatlı olmaq lazımdır.
Həkimin sözlərinə görə, müntəzəm istehlak üçün quş əti, yağlı balıq növləri, dəniz məhsulları, həmçinin təzə tərəvəz və meyvələr uyğundur. Xüsusilə brokoli, Brüssel kələmi, kale, moruq, avokado, armud və artisok tövsiyə olunur. Onkoloq həmçinin kefir, təbii qatıq, pendir, tofu, tam buğda çörəyi, qarabaşaq, yulaf, kinoa və bulquru da menyuya daxil etməyi məsləhət görür. İçkilər arasında qəhvə və çay təhlükəsiz sayılır, qəlyanaltılar kimi isə pendir, duzsuz qoz-fındıq, tərəvəz çubuqları və qurudulmuş balıq tövsiyə olunur.
Hüseyn İbadlı
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu



































