Səhiyyə
Həkim bağırsağı sağlam saxlayan məşhur içkilərin adını açıqladı
Piroqov Universitetinin Ana və Uşaq Sağlamlığı İnstitutunun Pediatriya kafedrasının dosenti Olqa Tarasova "Gazeta" nəşrinə maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, mütəxəssis bildirib ki, bananlı kefir smuziləri, zəncərotu(kasnı otu), yaşıl çay, qaragiləli yoqurt və çay üçün olan göbələk iltihabli bağırsaq xəstəlikləri ilə mübarizə aparmağa və bağırsaqlarda faydalı bakteriyaların sayını qorumağa kömək edir.
Tarasovanın sözlərinə görə, həzm sağlamlığı immun funksiyasına əhəmiyyətli dərəcədə töhfə verir. Çünki bağırsaq bakteriyaları vitamin sintezini təşviq edir və patogenlərlə mübarizə aparır. Mütəxəssis bağırsaqların fəaliyyətini normallaşdırmaq üçün özündə probiotiklər ehtiva edən məhsullara diqqət yetirməyi tövsiyə edib.
"Məsələn, kefir və qatıqda faydalı canlı mikroorqanizmlər var ki, onların analoqu bağırsaqlarda olur. Laktobasillər və bifidobakteriyaları misal çəkmək olar. Kombuça çayı (çay göbələyi) içmək də onların populyasiyasının artmasına kömək edir", - deyə mütəxəssis bildirib.
Bundan əlavə, həkim insanların öz pəhrizinə prebiotikləri — probiotik mikroorqanizmlərin həyati fəaliyyətini və bağırsaq mikroflorasının balansını dəstəkləyən qidaları daxil etməyi tövsiyə edib. Prebiotiklərə yalnız meyvələr, tərəvəzlər, paxlalılar və dənli bitkilər deyil, həm də liflə zəngin zəncərotu da daxildir.
Tural
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































