Səhiyyə
Ürəyi məhv edən beş qida kateqoriyası - Kardioloqdan XƏBƏRDARLIQ
«SM-Klinika» tibb mərkəzləri şəbəkəsinin həkim-kardioloqu İrina Tarasova ürək və damar sağlamlığına ən çox zərər vuran beş məhsul kateqoriyasını açıqlayıb.
Publika.az xəbər verir ki, həkim bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.
Tarasovanın sözlərinə görə, ürək-damar sistemi üçün ən zərərli məhsullardan biri alkoqoldur. O vurğulayıb ki, hətta zahirən az görünən dozalarda belə, mütəmadi qəbul edildikdə alkoqol arterial təzyiqin yüksəlməsinə, aritmiyaya və kardiomiopatiyaya səbəb ola bilər.
Kardioloqun sözlərinə əsasən, emal olunmuş ət məhsulları da ürək üçün zərərlidir.
“Sosislər, kolbasalar, bekon çoxlu duz, doymuş yağlar və konservantlar ehtiva edir. Bu cür ət məmulatlarını sevən insanlarda işemik ürək xəstəliyinin inkişaf riski daha yüksəkdir”, - deyə o bildirib.
Tarasova həmçinin duzdan həddindən artıq istifadədən çəkinməyə çağırıb. Onun sözlərinə görə, duz orqanizmdə mayeni saxlayır, təzyiqi yüksəldir və ürəyə əlavə yük yaradır. Zamanla bu, hipertoniyaya, nəticə etibarilə isə infarkt və insult riskinin artmasına gətirib çıxarır.
O, ürək-damar fəsadları riskini artıran digər məhsullar sırasında şəkər və transyağları da qeyd edib. Bu qrupa sənaye üsulu ilə hazırlanan un məmulatlarında, şirniyyatlarda, çipslərdə və ffastfudda tez-tez rast gəlinən marqarin də daxildir.
Hüseyn İbadlı
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































