Səhiyyə
Yayılan virusa görə məktəblər bağlana bilər? - MÜTDA-dan AÇIQLAMA
Son günlər ölkədə qrip və kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur. Xüsusilə uşaqlar arasında yoluxma hallarının artması valideynləri narahat edir.
Publika.az xəbər verir ki, övladı virusa yoluxan valideynlərdən biri vəziyyəti belə şərh edib: "Üç yaşlı qızım hazırda virusa yoluxub. Bir həftədir ki, bu virusla mübarizə aparırıq. Qızdırma salan və öskürəyə qarşı dərmanlardan istifadə edirik".
Xəstəliyin müddəti barədə danışan başqa bir sakin isə bildirir ki, uşaqlarda əsasən qızdırma halları müsahidə olunur: "Bacım qızı bu xəstəliyə yoluxmuşdu, çalışdıq ki, tez bir zamanda sağalsın. Üç-dörd gün qızdırması oldu, daha sonra dərmanlar vasitəsilə bir həftəyə sağaldı".
Mövcud vəziyyət məktəblərin karantinə bağlanması məsələsini də gündəmə gətirib.
Təhsil eksperti Elmin Nuri hesab edir ki, bu qərar emosional deyil, statistik göstəricilərə əsaslanmalıdır:
"2020-ci ildə COVID-19 pandemiyası yayılan zaman Azərbaycan məktəbləri bağlayan və bu istiqamətdə önəmli təhlükəsizlik addımları atan dünyada 12-ci ölkə oldu. Bu, çox böyük bir göstəricidir. Yəni, biz dünya üzrə məktəbləri çevik şəkildə bağlayan 12-ci ölkə olduq. Düşünürəm ki, yenə də yoluxma halları artarsa və ötən illərlə müqayisədə sayda kəskin çoxluq yaşanarsa, bu cür lokal qərarların verilməsi daha məntiqli və məqsədəuyğun olar. Ümumiyyətlə, hazırda hər hansı bir məktəbin bütünlüklə bağlanmasını düşünmək hələ tezdir".
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, hazırda məktəblərdə tədrisin distant formaya keçirilməsi məsələsi müzakirə mövzusu deyil. Şagirdlərin davamiyyətində ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz olaraq davam edir.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






































