Səhiyyə
Baş Prokurorluq bu həkimlə bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərdi
Baş Prokurorluq "HTC Cliniva Hospital"ın həkim cərrahı ilə bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərib
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, Qasımova Gülbəniz Mahir qızının 04.04.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən "HTC Cliniva Hospital"da həkim ümumi cərrah Rauf Xəlilov tərəfindən "abdominaplastika" (qarın gərmə) əməliyyatının düzgün olunmaması səbəbindən səhhətinin ağırlaşması və həkim tərəfindən ondan qanunsuz ödənişlərin tələb edilməsi barədə müraciəti üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılıb.
Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı çoxsaylı istintaq hərəkətləri icra olunub, o cümlədən komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Ekspertizanın rəyinə əsasən Gülbəniz Qasımovanın məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən ediməyib, habelə, "Herniotomiya, hernioplastika və abdominoplastika" əməliyyatını icra edən briqadanın tərkibinin normativ aktlara uyğun olması müəyyən edilib.
Qeyd olunanlar nəzərə alınaraq toplanmış material üzrə 01.09.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib və vətəndaşa hüquqları izah olunub.
Eyni zamanda "HTC Cliniva Hospital"ın həkim cərrahı Xəlilov Rauf Qurban oğlunun fəaliyyəti yol verdiyi nöqsan və çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrar olunmamasına dair müvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluq tərəfindən Səhiyyə Nazirliyinə təqdimat göndərilib.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






































