Səhiyyə
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur?
Vətəndaşlardan biri ailə üzvünü oksigen balonu ilə təchiz olunmuş Təcili Tibbi Yardım (TTY) avtomobili ilə Bakıdan rayona aparmaqda çətinlik çəkib.
Publika.az xəbər verir ki, o TTY avtomobillərində oksigen balonlarının olub-olmaması ilə maraqlansa da, sualına aydın cavab ala bilməyib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Bakı şəhəri və ölkənin regionları üzrə fəaliyyət göstərən təcili tibbi yardım avtomobillərinin böyük əksəriyyəti oksigen balonları ilə təchiz olunub.
"Hazırda təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının yenilənməsi istiqamətində ardıcıl və mərhələli işlər həyata keçirilir. Bu çərçivədə köhnə və istismara yararsız nəqliyyat vasitələrinin tədricən yeniləri ilə əvəz olunması təmin edilir. Təkcə 2025-ci il ərzində 100-dən artıq istismara yararsız təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq, müasir standartlara cavab verən yeni ambulanslarla əvəz edilib.
Bununla yanaşı, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər də qismən də olsa mövcuddur.
Ümumilikdə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi fonunda təcili tibbi yardım sisteminin infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Təcili tibbi yardım xidmətinin regionlarda daha da təkmilləşdirilməsi, çağırışlara operativ cavab verilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir", - deyə məlumatda bildirilir.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






































