Səhiyyə
Yeni pandemiya TƏHLÜKƏSİ - Bu ölkədə müalicəsi olmayan ölümcül virus yayıldı
Hindistanın səhiyyə orqanları şərqi Kalkuttada pandemiya potensialına malik olan, hazırda peyvəndi və müalicəsi mövcud olmayan Nipah virusunun yayılması ilə mübarizə aparır.
Publika.az xəbər verir ki, bu barədə "The Metro" nəşri məlumat yayıb.
Qeyd olunubki, ölkədə beş yoluxma halı qeydə alınıb. Cari həftə ərzində virusa bir həkim, bir tibb bacısı və bir tibb müəssisəsinin əməkdaşı yoluxub.
“Hazırda komada olan tibb bacısının ağır respirator xəstəlikdən əziyyət çəkən pasiyenti müalicə edərkən yoluxduğu ehtimal edilir”, - deyə qəzet yazır.
Nəşrin məlumatına görə, hakimiyyət orqanları yoluxmuş şəxslərlə təmasda olmuş 180 nəfəri yoxlayıb, onlardan 20-si karantinə yerləşdirilib.
Nipah virusu əsasən heyvanlar və insanlar arasında yayılır, lakin insandan insana ötürülməsi də mümkündür. Hindistanda yoluxmaların böyük hissəsi yarasalardan qaynaqlanır. İnsanlarda virus bəzən simptomsuz keçsə də, kəskin respirator xəstəliklərə səbəb ola bilər. Əsas əlamətlərinə qızdırma, baş və əzələ ağrıları, qusma və boğaz ağrısı daxildir. Ağır hallarda isə beyin iltihabı inkişaf edərək iki gün ərzində komaya gətirib çıxara bilər.
Məlumatda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusunu prioritet patogen kimi təsnif edib, yəni potensial olaraq genişmiqyaslı epidemiya törədə biləcək viruslar sırasına daxil edib.
Qeyd olunub ki, ötən yay Çinin Yunnan əyalətindəki Endemik Xəstəliklərə Nəzarət İnstitutunun alimləri yarasalarda Nipah və Hendra viruslarına genetik cəhətdən yaxın olan iki yeni virus aşkarlayıblar. Bu patogenlər də insanlarda ağır beyin iltihabı və respirator xəstəliklər yarada bilər.
Hüseyn İbadlı
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






































