Səhiyyə
Mertsin və hökumətin reytinqi artır
Almaniyada keçirilən son rəy sorğusu vətəndaşların Federal Kansler Fridrix Mertsin və onun rəhbərlik etdiyi koalisiya hökumətinin reytinqinin müsbət istiqamətdə dəyişdiyini göstərib.
Publika.az xəbər verir ki, “Insa” institutunun “Bild am Sonntag” qəzeti üçün keçirdiyi rəy sorğusuna əsasən, respondentlərin 28 faizi Kansler Fridrix Mertsin fəaliyyətindən məmnun olduğunu bildirib. Bu göstərici iki həftə əvvəlki sorğu ilə müqayisədə 4 faiz çoxdur. Sorğuda iştirak edənlərin 62 faizi isə Kanslerin fəaliyyətindən narazı olduğunu qeyd edib ki, bu da əvvəlki nəticədən 5 faiz bəndi azdır.
Sorğu nəticələrinə görə, federal hökumətin fəaliyyətinə dair məmnunluq səviyyəsində də artım müşahidə olunur. Respondentlərin 25 faizi hökumətin işindən razı olduğunu bildirib. Bu göstərici əvvəlki sorğu ilə müqayisədə 3 faiz çoxdur. Eyni zamanda, vətəndaşların 66 faizi hökumətin fəaliyyətindən narazıdır.
Rəy sorğusunun nəticələri göstərir ki, əgər hazırda seçki keçirilərsə Almaniya üçün Alternativ (AfD) partiyası 26 faizlə birinci yerdə qərarlaşardı. Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı bloku 25 faiz, Sosial-Demokrat Partiyası (SPD) 15 faiz səs toplayardı. Yaşıllar Partiyasının reytinqi 11 faiz, Sol Partiya isə 10 faiz göstəriciyə sahibdir. Sahra Vaqenknext İttifaqı (BSW) və Azad Demokrat Partiyasının (FDP) hər birinı rəyi soruşulanların 4 faizi səs verib. Digər partiyalar ümumilikdə respondentlərin 5 faizinin səsini alıb.
Elvin Mövsüm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













