Bağırsaq iltihabının genetik səbəbi aşkar edildi
Bizi izləyin

Səhiyyə

Bağırsaq iltihabının genetik səbəbi aşkar edildi

Kaliforniya Universiteti alimləri PTPN2 genindəki qüsurun bağırsaqları zədələyici bakteriyalara qarşı həssas etdiyini aşkar edib

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Gut Microbes" jurnalında dərc olunub.

Kaliforniya Universitetinin (Riverside) tədqiqatçıları müəyyən ediblər ki, PTPN2 genindəki disfunksiya bağırsağın iltihablı xəstəliklərlə (VİX – inflamator bağırsaq xəstəlikləri) əlaqəli zədələyici bakteriyalara qarşı həssaslığını artırır.

Tədqiqat əsasən AIEC bakteriyalarına diqqət yetirib - bu, Escherichia coli-nin xüsusi növü olub, bir çox VİX xəstələrində səviyyəsi yüksəlir. Bu bakteriyalar bağırsaq selikli qişasına yapışır, hüceyrələrə daxil olur, qoruyucu baryeri zədələyir və iltihabı gücləndirir.

Normal şəraitdə PTPN2 geni bağırsağı qoruyur, iltihabi reaksiyaları tənzimləyir və mikrobiom balansını saxlayır. Lakin bəzi VİX xəstələrində genin defektli variantı onun fəaliyyətini azaldır. Nəticədə bağırsağın müdafiə mexanizmləri zəifləyir və patogen bakteriyalar üçün şərait yaranır.

Tədqiqatçılar göstəriblər ki, PTPN2 pozulduqda bağırsaq hüceyrələri səthlərində xüsusi zülalların istehsalını artırır. Bu zülallar “yapışma nöqtələri” rolunu oynayır və AIEC-nin bağırsaq toxumalarına yapışmasını və daxil olmasını asanlaşdırır. Bariyer funksiyası zəiflədikdə bakteriyalar daha aktiv çoxalır və xroniki iltihab davam edir.

Əlavə eksperimentlər sübut edib ki, PTPN2 həm də təbii antimikrob maddələrin istehsalında iştirak edir və selikli qişanın bütövlüyünü qoruyur. Gen normal işlədikdə bu mexanizmlər həm şərti-patogen, həm də həqiqətən zərərli bakteriyaların artımını məhdudlaşdırır.

Alimlər qeyd ediblər ki, VİX-də artıq istifadə edilən Janus kinaz inhibitorları genetik defektin təsirlərini qismən kompensasiya edə bilir. Laboratoriyada bu dərmanlar AIEC-nin bağırsaq hüceyrələrinə daxil olma qabiliyyətini azaldıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm