Səhiyyə
Pediatrik onkoloji xidmətləri də icbari tibbi sığorta qarşılayacaq
Pediatrik onkoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək.
Publika.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Agentlik səhiyyə xidmətlərinin əhatəliliyini genişləndirmək, xüsusilə həssas əhali qruplarının tibbi təminatını gücləndirmək istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu çərçivədə, uşaqlar arasında onkoloji xəstəliklərin müalicəsinin əlçatanlığının artırılması prioritetlərdən biridir: “Keçən ilin sonundan etibarən bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə işçi qrupu yaradılıb. Bu il pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta təminatına alınması ilə bağlı hazırlıq işləri davam edir.
Hazırlıq işləri Xidmətlər Zərfinə daxil ediləcək xidmətlərin, əhatə olunacaq yaş qruplarının və diaqnostikadan müalicəyə qədər təmin ediləcək mərhələlərin müəyyənləşdirilməsini əhatə edir. Bu, geniş və kompleks bir prosesdir.
Planlaşdırılır ki, 2027-ci ildən pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta hesabına kompleks tətbiqinə başlanılsın. Bu mərhələ bitdikdən sonra isə digər yaş qrupundakı onkoloji xəstələr üçün tibbi xidmətlərin təminatına keçid ediləcək. Nəticədə yaxın illərdə onkologiya sahəsinin geniş şəkildə icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır”.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













