Səhiyyə
Meyitdən ürək köçürülən gənc: "Həkimimə inanırdım"
Qafqazda ilk ürək transplantasiyası icra edilən şəxs insanlara donor olmaqla bağlı çağırış edib.
Publika.az xəbər verir ki, ürək transplantasiyası icra edilən pasiyent Rəşad Məmmədəliyev bu çağırışı "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
O, əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu vurğulayıb:
"Ürək transplantasiyası etdirməyə qorxsam da, həkimimə inanırdım. Əməliyyatdan öncə təngnəfəsliyim var idi, indi hər şey çox yaxşıdır. Artıq əməliyyatdan bir neçə ay keçib, normal həyatıma davam edirəm. Düzdür, əvvəl hərəkət etməkdə çətinlik çəkirdim, indi rahat hərəkət edirəm. Bir neçə dərman qəbul edirəm. Bəzisi ömürlük, bəziləri müddətlidir. Donor ailəsinə, üzərimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Transplantasiyanın mənə hər hansı psixoloji təsiri olmadı. Ümid edirəm ki, bütün xəstələr tezliklə şəfa tapar".
Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













