Səhiyyə
Meyitdən ürək köçürülən Rəşad ötən il əsgər aparılıbmış
Qafqazda ilk dəfə meyit donordan ürək transplantasiyası olunan şəxs Rəşad Məmmədəliyev səhhətindəki son vəziyyətlə bağlı danışıb.
Publika.az milli.az-a istinadən xəbər verir ki, Rəşad Məmmədəliyev bildirib ki, ona ürəyinin sağalma ehtimalının olmadığı deyilib və yeganə çıxış yolu transplantasiya olub:
"Mənə diaqnoz qoyuldu ki, bu ürəyin sağalmaq ehtimalı yoxdur, mütləq donor lazımdır. Çox keçmədi ki, donor tapıldı. Əməliyyatdan əvvəl piyada uzun yol gedə bilmirdim, pilləkan qalxa bilmirdim. Əməliyyat çox uğurlu keçdi. Hazırda rahat gəzirəm, danışıram. Hər şey göz qabağındadır".
Onun sözlərinə görə, ürəyində ilk narahatlığı 2024-cü ilin noyabrında hiss edib. Ötən il əməliyyat olunan Rəşad Məmmədəliyev əməliyyatdan sonra səhhətinin xeyli yaxşılaşdığını vurğulayıb.
Qeyd olunub ki, donorun meyit donor olması səbəbindən uzunmüddətli növbə gözləməyə ehtiyac qalmayıb.
Rəşad Məmmədəliyevin ürəyindəki problemlər hərbi xidmət zamanı üzə çıxıb. Müvafiq həkim komissiyasından keçdikdən sonra o, sağlam şəxs kimi hərbi xidmətə göndərilib, bundan sonra isə R.Məmmədəliyevin ürəyində problem yaranıb. Dərhal hərbi hospitala aparılan Rəşad müayiinə olunub və müalicələr başlayıb.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













