Səhiyyə
Uzunömürlülüyün genetik sirləri açıldı
Vanderbilt Universitetinin alimləri uzunömürlülər arasında aparılan ən böyük tədqiqat zamanı Azheimer xəstəliyinin inkişaf riskinə təsir edən bir cüt gen aşkar ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Alzheimer's & Dementia" jurnalında dərc olunub.
Azheimer xəstəliyinin (AX) yaranması üçün ən böyük genetik risk daşıyan gen variantı APOE-ε4 adlanır. Eyni genin digər variantı olan APOE-ε2-nin isə əksinə, xəstəlikdən qorunma təmin etdiyi güman edilir.
Tədqiqatçılar bu genlərin rastgəlmə tezliyini "super-təqaüdçülər" adlandırılan qrupda – yəni koqnitiv funksiyaları özlərindən 20-30 yaş kiçik insanlarla müqayisə oluna biləcək 80 və daha yuxarı yaşlı şəxslərdə ölçüblər.
Əsas nəticələr:
-
APOE-ε4 (Risk geni): "Super-təqaüdçülər" arasında bu genin mövcudluğu, eyni yaş qrupunda olub Azheimer demensiyasından əziyyət çəkənlərlə müqayisədə 68% daha az müşahidə olunub. Hətta koqnitiv göstəriciləri normal olan həmyaşıdları ilə müqayisədə belə, "super-təqaüdçülərdə" bu risk geninə 19% daha az rast gəlinib.
-
APOE-ε2 (Qoruyucu gen): İlk dəfə sübut olunub ki, yaşlı insanların bu arzuolunan gen variantına sahib olma ehtimalı daha yüksəkdir. "Super-təqaüdçülər" arasında bu genin rastgəlmə ehtimalı, normal koqnitiv funksiyalı həmyaşıdlarından 28%, Azheimer xəstələrindən isə 103% daha çoxdur.
Tədqiqatın rəhbərlərindən biri, dosent Lesli Qeynor bildirib ki, 80 yaşına çatan və demensiya diaqnozu qoyulmayan bütün böyüklər müstəsna qocalma nümayiş etdirsələr də, "super-qocalma" fenomeni Azheimer xəstəliyi riski aşağı olan xüsusi bir qrupu müəyyən etməyə kömək edir.
Tədqiqata müxtəlif irqi və etnik mənsubiyyətli insanlar daxil edilib. Alimlər hesab edirlər ki, bu nəticələr Azheimer xəstəliyinə qarşı müqavimət mexanizmlərinin axtarışında və gələcək müalicə üsullarının hazırlanmasında mühüm rol oynayacaq.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













