Səhiyyə
İnsult və infarkt ən çox bu saatlarda baş verir
İnfarkt və insultların əksəriyyəti məhz səhər saat 6 ilə 11 arası baş verir.
Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya genetik, Göttingen Universitetinin və Sibir Federal Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı elmi işçisi Konstantin Krutovski məlumat verib.
"Bu, orqanizmin yuxudan oyaqlığa keçid zamanı baş verən səhər fizioloji yenidənqurulması ilə bağlıdır. Oyanmazdan əvvəl stres hormonu olan kortizolun səviyyəsi kəskin şəkildə yüksəlir ki, bu da arterial təzyiqi artırır, ürək döyüntülərinin sayını çoxaldır və enerji resurslarını səfərbər edir. Bu hadisə 'cortisol awakening response' (kortizolun oyanma reaksiyası) adlanır. Sağlam insan üçün bu normaldır, lakin ürək-damar xəstəlikləri olan şəxslərdə belə bir yük infarkt və ya insult üçün tətikləyici amil ola bilər", — deyə doktor izah edib.
Bundan əlavə, insanların çoxunda simpatik sinir sisteminin və damar tonusunun aktivləşməsi ilə bağlı səhər təzyiq qalxması baş verir.
"Bu vaxt ürək gecəyə nisbətən xeyli intensiv işləyir. Həmçinin, səhər saatlarında qan laxtalanmaya (tromb yaranmasına) daha meyilli olur ki, bu da fibrinogen səviyyəsinin artması, trombositlərin aktivliyinin yüksəlməsi və trombları əridən sistemlərin aktivliyinin azalması ilə əlaqədardır. Nəticədə ürək və ya beyin damarlarında trombun yaranma ehtimalı artır. Bu vəziyyəti o da ağırlaşdırır ki, gecə damarlar boşalmış halda olur, səhər isə hormonların və sinir sisteminin təsiri ilə daralırlar. Əgər damar artıq aterosklerotik düyünlə qismən tutulubsa, səhər daralması qan axınını azalda, düyünün partlamasına və trombun yaranmasına səbəb ola bilər", - deyə alim qeyd edib.
Buna görə də, bəzi hipertoniya əleyhinə preparatların səhər təzyiq sıçrayışının qarşısını almaq üçün axşam qəbul edilməsi tövsiyə olunur. Həmçinin, risk qrupunda olan şəxslərə oyandıqdan dərhal sonra kəskin fiziki yüklənmələrdən qaçmaq və orqanizmə 30–60 dəqiqə vaxt vermək məsləhət görülür.
"Lakin bəzi tədqiqatlar göstərir ki, 'bayquş' tipli insanlarda ürək-damar hadisələrinin səhər zirvəsi daha gec vaxta sürüşə bilər, çünki onların sirkad ritmləri fərqlidir. Bunu da nəzərə almaq lazımdır", - deyə Krutovski fikrini tamamlayıb.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir


















.jpg)





.jpg)













