Səhiyyə
Kolon xərçəngində nələr gizlənir? - Slimlərdən gözlənilməz kəşf
Yoğun bağırsaq xərçəngi digər xərçəng növlərindən fərqlənən unikal "mikrob imzasına" malik ola bilər.
Publika.az xəbər verir ki, bi bardə "Science Translational Medicine" tibbi jurnalında dərc olunan yeni araşdırmada bildirilib.
Alimlər 9000-dən çox pasiyentin genom məlumatlarını təhlil edərək müəyyən ediblər ki, onlarla onkoloji xəstəlik arasında yalnız yoğun bağırsaq şişləri daimi olaraq özünəməxsus mikrob birliyi ehtiva edir.
Bu kəşf, hər bir xərçəng növünün özünəməxsus mikrob "möhürü" olduğu barədə əvvəlki təsəvvürlərə meydan oxuyur. Məlum olur ki, bu, heç də belə deyil; məhz yoğun bağırsaq xərçəngi öz xüsusi və tanınan mikrob strukturu ilə seçilir. Üstəlik, bu mikrob birləşmələri o dərəcədə unikaldır ki, həkimlərə xəstəliyi daha dəqiq diaqnoz etməyə və onu digər şişlərdən fərqləndirməyə kömək edə bilər.
Bunun nə demək olduğunu anlamaq üçün bəzi məqamlara aydınlıq gətirmək vacibdir: şişlər yalnız xərçəng hüceyrələrindən deyil, həm də onların yanında yaşayan mikroorqanizmlərdən — bakteriya və viruslardan ibarətdir. Onların rolu ənənəvi olaraq lazımi dərəcədə qiymətləndirilmirdi. Lakin indi aydın olur ki, bu mikroorqanizmlər xərçənglə sadəcə "birgə yaşamaqla" qalmır, həm də onun inkişafına, aqressivliyinə və hətta pasiyentin müalicəyə necə reaksiya verməsinə təsir edə bilirlər.
Tədqiqat göstərib ki, bəzi hallarda konkret mikrobların mövcudluğu daha aşağı yaşam müddəti ilə, digər hallarda isə daha əlverişli proqnozla nəticələnir. Bu o deməkdir ki, mikroblar həkimlərin xəstəliyin gedişatını qabaqcadan görməsinə və müalicəni daha dəqiq seçməsinə kömək edən yeni biomarkerlərə çevrilə bilər.
Bundan əlavə, şişin DNT təhlili xərçəngin inkişafında iştirak edən, lakin adi diaqnostika zamanı tapılmayan gizli infeksiyaları, məsələn, virusları aşkar edə bilər. Bu isə xəstəliyin erkən aşkarlanması və tibbi müdaxilə üçün əlavə imkanlar açır.
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO































.jpg)




