Melatoninin nəzarətsiz istifadəsi ilə bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Səhiyyə

Melatoninin nəzarətsiz istifadəsi ilə bağlı XƏBƏRDARLIQ

Melatoninin nəzarətsiz istifadəsi ilə bağlı XƏBƏRDARLIQ

Melatonin ağır yan təsirləri olan yüksək riskli preparatlara aid edilməsə də, nəzarətsiz qəbul zamanı potensial təhlükə yarada bilər.

Publika.az xəbər verir ki, bunu Sankt-Peterburqdakı "SM-Klinika"nın somnoloqu Aleksandr Kazaçenko Gazeta.Ru-ya bildirib.

O deyib ki, problem uzunmüddətli istifadənin və yüksək dozaların nəticələri barədə kifayət qədər məlumatın olmamasıdır.

"Həkim təyinatı olmadan, tövsiyə olunan dozaları pozmaqla və ya istifadə müddətini aşmaqla preparatın qəbulu nəzarətsiz hesab olunur. Rusiyada melatoninin tövsiyə olunan dozası 0,1-3 mq təşkil edir, maksimal yol verilən doza isə 6 mq-dır. Bəzi ölkələrdə yuxarı hədd 10 mq-a çatır. Buna baxmayaraq, tövsiyə olunan dozaları aşmaq olmaz: yüksək dozada uzunmüddətli qəbulun təhlükəsizliyi barədə bu gün kifayət qədər inandırıcı məlumat yoxdur", - deyə həkim qeyd edib.

Digər bir problem isə yuxusuzluğun səbəblərini dərindən analiz etmədən melatonindən istifadə olunmasıdır. Bura preparatın yuxu pozuntusunun təbiəti dəqiqləşdirilmədən, formal şəkildə təyin edilməsi də daxildir.

"Onun universal effektivliyinə olan inam qısamüddətli yaxşılaşmaya səbəb ola bilər, lakin sonra simptomlar geri qayıdır. Melatoninin uzunmüddətli qəbulu nadir hallarda - əsasən orqanizmində bu hormonun səviyyəsi ilkin olaraq aşağı olan pasiyentlərə göstəriş verilir. Endokrin sistemə mənfi təsiri hazırda sübut olunmayıb, lakin mütəxəssislər xüsusilə uzunmüddətli və məhdudiyyətsiz istifadə zamanı əlavə tədqiqatların vacibliyini vurğulayırlar", - deyə həkim əlavə edib.

Ən çox rast gəlinən yan təsirlər baş ağrısı və gündüz yuxululuğudur. Həmçinin qıcıqlanma, əsəbilik, narahatlıq, dəri qaşınması, təzyiqin yüksəlməsi və digər hallar baş verə bilər.

"Beləliklə, melatonin müəyyən klinik vəziyyətlərdə faydalı ola bilər, lakin o, yuxusuzluğa qarşı universal vasitə deyil. Bu, ölçülü yanaşma, dozalara əməl edilməsi və yuxu pozuntusunun səbəblərinin başa düşülməsini tələb edir. Çünki yuxusuzluq problemləri çox vaxt yuxu gigiyenası qaydalarına əməl edilməməsi ilə bağlı olur. Əgər bu qaydalara əməl olunarsa, melatoninə ehtiyac qalmayacaq", - deyə doktor fikrini tamamlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm