Səhiyyə
Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
Amerikalı alimlər bağırsaq mikroflorası ilə ağır neyrodegenerativ xəstəliklər - yan amiotrofik skleroz (YAS) və frontotemporal demensiyanın inkişafı arasında gözlənilməz əlaqə aşkar ediblər.
Publika.az xəbər verir ki, tədqiqat işi "Cell Reports" jurnalında dərc olunub.
Tədqiqatçılar müəyyən ediblər ki, bəzi bağırsaq bakteriyaları qlikogenin - şəkərlə əlaqəli maddənin iltihab reaksiyasına səbəb olan və neyronların məhvinə gətirib çıxaran xüsusi formalarını istehsal edə bilər. Alimlər pasiyentlərin məlumatlarını analiz edərək aşkar ediblər ki, YAS və ya demensiyası olan insanların 70%-ində belə qlikogenin səviyyəsi yüksək olub. Sağlam insanlar arasında analoji göstəricilərə təxminən iki dəfə daha az rast gəlinib.
Bu kəşf sözügedən xəstəliklərin ən yayılmış genetik səbəbi olan "C9ORF72" mutasiyasının daşıyıcıları üçün xüsusi əhəmiyyət kəsb edir. Bütün daşıyıcılarda xəstəlik inkişaf etmir və indi alimlər ehtimal edirlər ki, burada əsas rolu məhz bağırsaq mikroflorasının vəziyyəti oynaya bilər.
Həzm Sistemi Sağlamlığı İnstitutundan Aleks Rodriqes-Palasiosun izah etdiyi kimi, eksperimentlər zamanı zərərli birləşmələrin səviyyəsini azaltmaq mümkün olub ki, bu da laboratoriya heyvanlarının beyin vəziyyətinin yaxşılaşmasına və ömürlərinin uzanmasına səbəb olub. Tədqiqat mikrobsuz yetişdirilmiş steril siçanlardan — xüsusi modellərdən istifadə sayəsində mümkün olub. Bu, konkret bakteriyaların xəstəliyin inkişafına təsirini dəqiq müəyyən etməyə imkan verib.
İşin müəllifləri hesab edirlər ki, onların kəşfi YAS və demensiyanın müalicəsinə yanaşmanı dəyişə bilər. Xüsusilə, gələcəkdə bağırsaqdakı zərərli şəkərlərin parçalanmasına və ya mikrobiotanın korreksiyasına yönəlmiş preparatlar yaradıla bilər. Bundan əlavə, aşkar edilmiş molekullar xəstəlik riskini əvvəlcədən müəyyən etməyə və fərdi terapiya seçməyə imkan verən biomarkerlərə çevrilə bilər.
Yaxın illərdə alimlər daha genişmiqyaslı tədqiqatlar və klinik sınaqlar keçirməyi planlaşdırırlar. Əgər nəticələr təsdiqlənərsə, bu, neyrodegenerativ xəstəliklərin yavaşladılması və ya hətta qarşısının alınması üçün yeni bir yol açacaq.
Hüseyn İbadlı
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
İdman11:20Bu gün dünyanın diqqəti Bakıya yönələcək - UFC turniri başlayır
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!













.jpg)







.jpg)


.jpg)


.jpg)







