Səhiyyə
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
Yuxuda dişləri qıcamaq və ya qələm gəmirmək vərdişi stressə qarşı reaksiya ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Qazeta.ru-ya ortodont-həkim, qnatoloq Mədinə Xastsayeva məlumat verib.
"Bruksizm çənələrin qeyri-ixtiyari sıxılması və dişlərin qıcanmasıdır ki, bu da ən çox yuxuda baş verir. Nəzarət oluna bilən qələm gəmirmə vərdişindən fərqli olaraq, bruksizm orqanizmin stressə qarşı şüuraltı reaksiyasıdır", - deyə həkim izah edib.
Onun sözlərinə görə, əsas səbəblərdən biri psixoemosional gərginlikdir. İnsan təşviş və ya basdırılmış emosiyalar yaşadıqda, bədən boşalmaq üçün yollar axtarır. Kimdəsə bu, çiyinlərin gərginləşməsində, kimdəsə yuxusuzluqda, digərində isə çeynəmə əzələlərinin hipertonusunda özünü büruzə verir.
"Xroniki stress, sinir sisteminin hədsiz yüklənməsi və yuxu pozğunluqları - meqapolis şəraitində bu amillər bruksizm üçün əlverişli mühit yaradır. İnsan yaxınları ona deməyənə qədər bu problemdən heç şübhələnməyə də bilər", - deyə Xastsayeva qeyd edib.
Həkim diqqətə çatdırıb ki, ilkin mərhələlərdə bruksizm zərərsiz görünsə də, zaman keçdikcə fəsadları hiss olunmağa başlayır.
"Diş emalının yeyilməsi, çatlar, dişlərin həssaslığının artması, çənə ağrıları və səhərlər baş ağrıları - bunlar fəsadların yalnız bir hissəsidir. Anlamaq lazımdır ki, bu, sadəcə 'gecə xoşagəlməz səs' deyil, orqanizmin həddindən artıq yüklənməsi barədə siqnaldır", — deyə qnatoloq xəbərdarlıq edib.
O, bruksizmdən şübhələndikdə ilk növbədə stomatoloqa müraciət etməyi tövsiyə edib. Həkim məhz dişlərin yeyilməsi, mikrotəzyiqlər və əzələ gərginliyi kimi xarakterik əlamətləri görə bilər.
"Stomatoloq diaqnostika aparacaq, dişlərin qapanmasını (prikusu) qiymətləndirəcək və ehtiyac olduqda fərdi qoruyucu qapa (kapa) hazırlayacaq. O, gecə taxılır və dişlərə düşən yükü azaldır. Lakin yadda saxlamaq lazımdır: biz nəticələri müalicə edirik. Əgər səbəb stressdirsə, psixoloq, somnoloq və ya nevroloqun köməyi tələb oluna bilər", - deyə ekspert əlavə edib.
Hüseyn İbadlı
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?











.png)












.jpg)













