Səhiyyə
Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTO
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.
Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, daxil olan şikayətlər əsasında TƏBİB-ə ünvanlanan sorğudan sonra məsələyə baxılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Məlumata görə, ərazidə yeni xəstəxananın tikintisi planlaşdırıldığından sabahdan etibarən köçürülmə prosesi icra ediləcək.
Qeyd olunur ki, xəstəxananın poliklinika və laboratoriya şöbələri əvvəlki kimi ərazidəki yardımçı tikilidə fəaliyyətini davam etdirəcək.
Digər şöbələr isə aşağıdakı qaydada müxtəlif tibb müəssisələrinə köçürülür:
Şüa diaqnostikası, ginekologiya və doğum şöbəsi 1 nömrəli Şəhər Xəstəxanasına köçürülür.
Terapiya şöbəsi 4 nömrəli Şəhər Xəstəxanasında fəaliyyət göstərəcək.
Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də cərrahiyyə şöbəsi TTTY xəstəxanasında fəaliyyətini davam etdirəcək.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?











.png)












.jpg)













