Səhiyyə
Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
Macarıstanlı cərrah küçənin ortasında təcili ürək əməliyyatı edib.
Publika.az xəbər verir ki, bu barədə Budapeştdəki Milli Onkologiya İnstitutu (MOİ) məlumat yayıb.
Ötən bazar günü Macarıstan Sanitariya Aviasiya Xidmətinin təcili yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerində həkimlər sinəsindən bıçaq yarası almış və vəziyyəti sürətlə pisləşən 30 yaşlı kişi ilə qarşılaşıblar.
Xəstəxanaya çatdırılma pasiyentin həyatı üçün böyük risk yaratdığı üçün MOİ-nin baş cərrahı, sanitariya aviasiyasında könüllü kimi çalışan Jolt Duboçki yaralını dərhal yerindəcə əməliyyat etmək qərarına gəlib.
Cərrah döş qəfəsini açaraq cəmi yeddi dəqiqə ərzində döyünən ürəyi tikib. Bundan sonra yaralının vəziyyətini sabitləşdirmək mümkün olub.
"Həm onkoloq-cərrahın, həm də xilasedicinin işi ciddi qaydalara əsaslanır. Onkologiya institutunun əməliyyatxanalarında qazanılan təcrübə qərarları çevik qəbul etməyə kömək edir ki, bu da hava təcili yardımı işində olduqca vacibdir", - Duboçki bildirib.
Cərrahın xilas etdiyi pasiyent helikopterlə xəstəxanaya çatdırılıb və o, artıq Duboçkiyə şəxsən təşəkkürünü bildirib.
Hüseyn İbadlı
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?











.png)












.jpg)













