Səhiyyə
ÜST rəhbəri hantavirusla COVID-19-u müqayisə etdi - Təhlükəlidir?
""MV Hondius" laynerində yayılan hantavirus koronavirus deyil".
Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus bəyan edib.
O, gəmidəki vəziyyətə görə insanların narahat olmasını anladıqlarını deyib. Çünki COVID pandemiyası bütün dünyaya təsir edib və həmin travmanın izləri yaddaşlarda hələ də qalır.
Qebreyesus qeyd edib ki, bu xəstəlik COVID deyil və təşkilat olaraq bunu dəfələrlə bəyan ediblər; həmçinin bu fikri səsləndirərkən məsələyə qətiyyən səthi yanaşmırlar.
Təşkilat rəhbəri vurğulayıb ki, hazırkı vəziyyət əvvəlkindən daha yaxşıdır və xəstəliyin təbiəti, eləcə də İspaniya hakimiyyətinin vaxtında gördüyü tədbirlər sayəsində virusa yoluxma riski aşağıdır.
Hantavirusun yayılması barədə mayın 4-də məlum olub: "MV Hondius" layneri Atlantik okeanı vasitəsilə Argentinadan Kabo-Verdeyə reys həyata keçirərkən sərnişinlərin bir hissəsində ağır tənəffüs xəstəliyi simptomları yaranıb. Media orqanlarının məlumatına görə, virus gəmiyə Argentinadan düşə bilərdi.
Ekspedisiya zamanı gəmidə olanlardan ən azı səkkiz nəfər yoluxub, onlardan üçü, o cümlədən Niderland və Almaniya vətəndaşları həyatını itirib. Aprelin 24-də, gəmidəki ilk ölüm halından iki həftə sonra, dünyanın müxtəlif ölkələrindən olan ən azı 12 nəfər layneri tərk edib. Hazırda infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün həmin şəxslərin operativ şəkildə tapılmasına və yoxlanılmasına çalışılır.
Hüseyn İbadlı
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?











.png)












.jpg)













